Ukraynada səfirlik niyə zənglərə cavab vermir? – Rəsmi

11:52 - 2 Mart 2022 - Xəbər

Xəbər verdiyimiz kimi, Xarkovda oxuyan azərbaycanlı tələbələr şəhərdən təxliyə oluna bilmədiklərinə dair video-müracət ünvanlayıblar. Onlar bildiriblər ki, Azərbaycanın Ukraynadakı səfirliyi və konsulluğu zənglərə cavab vermir.

Bu barədə Axar.az-a açıqlama verən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Kiyevdə və Xarkovda hazırkı gərgin vəziyyət hər kəsə məlumdur. Səfirlik və konsulluqda isə məhdud sayda insan minlərlə zənglərə cavab verməli olur:

“Bu kimi problemlərin qarşısını almaq üçün dünəndən etibarən XİN əlaqə nömrələrinin sayını artırıb. XİN-də 24 saat fəaliyyət göstərən 2 mobil nömrə var. Bu haqda məlumatları Ukraynadakı vətəndaşlarımıza da çatdırırıq. Həmin vətəndaşlardan mümkün qədər öz yerləri və telefon nömrələri haqqında məlumatları yığırıq ki, ilk fürsətdə təxliyə nəzərdən keçirilsin. Çünki vətəndaş sayı çox, təhlükəsizlik vəziyyəti isə gərgindir. Harada fürsət varsa, əlimizdən gələni edirik. Bu gün Kiyevdən vətəndaşlar qatarlarla çıxarılacaq. Bütün mümkün tədbirlər hamısı görülür”.

Xəbər xətti