Ötən gün 94 nəfər toy şənliyinə buraxılmadı

09:18 - 2 Mart 2022 - Cəmiyyət

Martın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

94 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 

Xəbər xətti