BMW Rusiyada avtomobil yığımını dayandırır

00:08 - 2 Mart 2022 - AVTO

BMW Rusiyada avtomobil yığımını dayandırır. Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir. Avtokonsern Rusiyanın Kalininqrad vilayətində avtomobillərin yığılmasını dayandırmaq qərarı verdiyini açıqlayıb. “Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq yerli istehsalı və Rusiya bazarına ixracı növbəti xəbərdarlığa qədər dayandıracağıq”, - məlumatda bildirilir.

Xəbər xətti