Koronavirus xəstəsi ictimai yerdə saxlanıldı
07:36 - 26 Fevral 2022 - ÖLKƏ İÇİ
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş şəhər sakini Rəna Qurbanova ilə izahedici söhbətlər aparıb. O, yaşadığı evə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.