Bakıda kafedə DAVA: yaralanan var

15:00 - 23 Fevral 2022 - HADİSƏ

Bakıda kafedə bıçaqlanma olub.

Hadisə paytaxtın Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Orada yeyib-içən şəxslər arasında dava düşüb. Nəticədə 41 yaşlı Adil Çərkəz oğlu Quliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində onu bıçaqlayan şəxsin 27 yaşlı Şirvan Quliyev olması müəyyən edilib və saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti