Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə <font color=red><b>DAVA: yaralanan var</b></font>

15:00 - 23 Fevral 2022 tarixində dərc olunub.

Bakıda kafedə bıçaqlanma olub.

Hadisə paytaxtın Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Orada yeyib-içən şəxslər arasında dava düşüb. Nəticədə 41 yaşlı Adil Çərkəz oğlu Quliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində onu bıçaqlayan şəxsin 27 yaşlı Şirvan Quliyev olması müəyyən edilib və saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Müəllif: