Balakəndə koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

08:10 - 22 Fevral 2022 - ÖLKƏ İÇİ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər xətti