Xəbər verdiyimiz kimi, azyaşlı qızın nişanlandırılması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Bəziləri videonun Bərdə rayonunun Soğanverdilər kəndində, bəziləri isə Gürcüstanda çəkildiyini iddia edirdi.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a videonun Azərbaycanda çəkilmədiyini təsdiqləyib.
O bildirib ki, görüntülər Gürcüstanın Soğanlı kəndində, azərbaycanlı ailədə çəkilib.