Şəkidə avtomobil aşdı - xəsarət alanlar var

19:49 - 19 Fevral 2022 - HADİSƏ

Şəkidə avtomobil qəzası olub.

Hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Honda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti