Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə avtomobil aşdı - <font color=red><b>xəsarət alanlar var</b></font>

19:49 - 19 Fevral 2022 tarixində dərc olunub.

Şəkidə avtomobil qəzası olub.

Hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Honda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: