Ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi müzakirə olundu
17:00 - 19 Fevral 2022 - ÖLKƏ İÇİ
Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclasında minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının risklərinin azaldılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Ucnoqta.az xəbər verir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi məsələsi nəzərdən keçirilib.
Eyni zamanda bu məhsullarla özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar geniş müzakirə olunub.