Müdafiə Nazirliyi məlumat yaydı

09:44 - 19 Fevral 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib. Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, ermənilərin yaydıqları bu informasiyalar həqiqəti əks etdirmir. "Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.

Xəbər xətti