Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.
Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Daha sonra monitorinq rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki davam etdirilib. Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlayıb.
Davam etdirilən tədbirlərlə rayon ərazidindəki mehmanxana, kafe-restoran eləcə də digər iaşə obyektlərində həm işçi personalın həm də müştərilərin riayyət edilib-edilməməsi yoxlanılıb. Vətəndaşlarla profilaktiki söhbət aparan polis əməkdaşları eyni zamanda COVİD-19 pasportlarının etibarlılıq müddətini yoxlayıb. 3-cü doza vaksinasiya olunmayan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.