Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb və sənəd verən şirkətlər açıqlanıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) məlumat verilib.
Bildirilib ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə sənədlərini təqdim edən şirkətlər aşağıdakılardır:
1) “Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);
2) “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM);
3) “İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio);
4) “İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio);
5) “ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio);
6) “Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası).
Qeyd edək ki, müsabiqə üçün sənəd qəbuluna yanvarın 17-dən başlanılmışdı.