Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

14:39 - 17 Fevral 2022 - ÖLKƏ İÇİ

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şabran rayon sakini O.Ağayev COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti