“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, Saleh Abdullayev qurumun Regional Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan əvvəl bu vəzifəni Saqif Ələkbərov yerinə yetirib.
Qeyd edək ki, Saleh Abdullayev “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bir neçə il əvvəl vəzifəsindən azad edilmişdi.