Polis rəisinin müavini vəzifəsindən azad edildi

22:10 - 16 Fevral 2022 - ÖLKƏ İÇİ

Samux rayon polis rəisinin müavini sərancama götürülüb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götrülüb. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki Samux Rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəis təyin olunub. Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbər xətti