Koronaya yoluxanların sayı KƏSKİN ARTDI

20:35 - 16 Fevral 2022 - Cəmiyyət

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni yoluxma faktı qeydə alınıb, 7 387 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib, aktiv xəstə sayı 46 674 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, ötən müddət ərzində isə ümumilikdə 6 432 504 test aparılıb.


Xəbər xətti