Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 4 675,9 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 15,1% artaraq 466 manata yüksəlib.