Azərbaycanda su ilə keçən infeksion xəstəliklər azalıb

15:45 - 16 Fevral 2022 - ÖLKƏ İÇİ

“Bakıda və regionlarda su ilə keçən infeksion xəstəliklər azalma səviyyəsindədir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə “İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” mövzusunda çıxışında deyib.

O bildirib ki, bəzi xəstəliklərə uzun illərdir rast gəlinmir: “Son illər su ilə keçən bəzi xəstəliklər - vəba, qarın yatalağına uzun illərdir rast gəlinmir. Bəzi xəstəliklər isə 10 illərdir müşahidə olunmur. Hazırda Hepatit A azalıb. Digər xəstəlikləri də yoxlayırıq. İçməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir”.

Xəbər xətti