"Protiv" gedən 383, sərxoş 40 qadın sürücü cərimələnib

12:44 - 16 Fevral 2022 - ÖLKƏ İÇİ

Baş Dövlət Yol Polisi İdarəsi qadın sürücülərlə bağlı statistikanı açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsindən Ucnoqta.az-a daxil olan məlumatda bildirilir ki, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb.

Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Xəbər xətti