Bərdə-Ağdam dəmir yolunun tikintisi nə vaxt yekunlaşacaq? - AÇIQLAMA

20:46 - 14 Fevral 2022 - ÖLKƏ İÇİ

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri Natavan Bayramova “Ucnoqta.az”ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Könül Oruc

Xəbər xətti