Naftalanda yol qəzası baş verib, xəsarət alanlar var

19:06 - 14 Fevral 2022 - HADİSƏ

Naftalan şəhərində yol qəzası baş verib, xəsarət alanlar var. "Report"un məlumatına görə, hadisə Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb. Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində Naftalan sakinləri - 1988-ci il təvəllüdlü N.Kazımov və 2000-ci il təvəllüdlü A.Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti