Xaçmazda 21 yaşlı gənc intihar edib

09:23 - 13 Fevral 2022 - HADİSƏ

Quba sakini Xaçmazda intihar edib. "Report"un məlumatına görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb. Belə ki, Quba rayonu Çiçi kənd sakini 2001-ci il təvəllüdlü Orxan Hacıbaba oğlu Hacıyev əmisinin Xaçmazdakı evində özünü asıb. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti