Avtomobil 47 yaşlı qadını vurub

08:18 - 12 Fevral 2022 - HADİSƏ

Bakıda avtomobil 47 yaşlı qadını vurub. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 1975-ci il təvəllüdlü Rufullayeva Nərgiz Mirzağa qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti