“Twitter”in işində problem yaranıb

22:25 - 11 Fevral 2022 - Xəbər

Dünyanın bir sıra ölkələrində “Twitter” mikrobloq servisinin işində problem yaranıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “Downdetector” saytı məlumat yayıb.Sosial şəbəkə istifadəçiləri saytın fəaliyyəti və mobil tətbiqlərdə problemlər barədə məlumat verib, həmçinin server bağlantısının dayanıqsız olmasından şikayətləniblər. Nasazlıqlar əsasən ABŞ, Kanada və Yaponiyada müşahidə edilib. Sinqapur və Malayziyada da az sayda problem qeydə alınıb.

Xəbər xətti