Gəncədə fəhləni “tok” vurdu

21:34 - 11 Fevral 2022 - HADİSƏ

Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Sözügedən ünvanda işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevi yüksək gərginlikli cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, R.Əliyev şirkətdə fəhlə kimi çalışırmış. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti