Göygöldə maşın aşıb - xəsarət alan var

19:13 - 11 Fevral 2022 - HADİSƏ

Göygöl rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti