Zaqatala rayonunda 20 gün əvvəl itkin düşən gənc tapılıb.
APA-nın məlumatına görə, itkin düşən Zaqatala şəhər sakini, 2000-ci il təvəllüdlü Qurban Telman oğlu Mahmudov tapılaraq ailəsinə təhvil verilib. Qurban Mahmudovun tapılması faktı DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupunun rəhbərliyi tərəfindən təsdiqlənib. Məlumatda bildirilir ki, keçirilmiş tədbir nəticəsində Qurban Mahmudov fevralın 10-u Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 22 yaşlı Qurban Mahmudov yanvarın 21-i yaşadı ünvandan çıxıb geri qayıtmamışdı.