Bakıda mənzildə 81 yaşlı qadının meyiti tapıldı

18:52 - 10 Fevral 2022 - HADİSƏ

Bakıda mənzildən meyit tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Xəbər xətti