Qusarda restoranın icarədarı həbs edilib

13:52 - 10 Fevral 2022 - HADİSƏ

Qusarda restoranın icarədarı həbs edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildiirlib ki, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun rəsmi portalda qeydiyyatda olmayan toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar Rayon Məhkəməsinin qərarı ilə restoranın icarədarı F.Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada həbs edilib.

Xəbər xətti