Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

12:17 - 10 Fevral 2022 - ÖLKƏ İÇİ

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Ucnoqta.az xəbər verir ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Hazırda 22 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 6-sı paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Xəbər xətti