Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var
23:58 - 9 Fevral 2022 - HADİSƏ
Gəncə-Daşkəsən avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində "VAZ" markalı 2 avtomobil toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.///report