Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə HƏBS OLUNDU - FOTO

23:36 - 9 Fevral 2022 - HADİSƏ

Türkiyədə “Kor Hüseyn” ləqəbli 55 yaşlı “qanuni oğru” Hüseyn Əhmədov saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, o, keçən ilin martında baş vermiş cinayətdə günahlandırılır.
Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Kor Hüseyn" mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.

"Kor Hüseyn" bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və "Sabirabadlı Hikmət"in qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru" adı vermək üçün "sxodka" çağırıb. Amma "sxodka"ya "Lotu Quli" müdaxilə etdiyindən baş tutmayıb. "Kor Hüseyn" "Lotu Quli"nin düşmənlərindən sayılırdı.///lent.az 


Xəbər xətti