Lerikdə yanğın: xəsarət alan var
22:54 - 9 Fevral 2022 - HADİSƏ
Lerikdə tövlədə yanğın hadisəsi qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rayonun Almu kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1 ton ot bağlaması yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.