Goranboy sakini intihara cəhd edib

20:41 - 9 Fevral 2022 - HADİSƏ

Bu gün Goranboy rayonu, Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Sərdar Həsənov özünü yandırmağa cəhd edib.

Onun bu cəhdinin qarşısı alınıb. S.Həsənov yüngül yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, S.Həsənov yaşadığı evə elektrik enerjisinin və qaz xəttinin çəkilməməsinə etiraz olaraq bu addımı atıb.

Goranboy rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sakin dəfələrlə icra başçısının və RİH-nin məsul əməkdaşlarının qəbulunda olub: “Ona hər dəfə dəstək göstərilib, problemləri dinlənilib və kömək edilib”.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti