Salyan sakini özünü bıçaqladı

19:35 - 9 Fevral 2022 - HADİSƏ

Salyan sakini özünə bıçaqla xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə rayonun Arbatan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Ağamalıyev Şəhriyar Yaşar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, Ş.Ağamalıyev özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti