Tərtər sakinini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Ziyadxan Əhlimanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Z. Əhlimanov tanışı Balacayev Murad Yaqub oğlunu odlu silahla güllələyərək öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib və Z. Əhlimanov istintaqa cəlb olunub.///Apa