Salyan sakini özünü işlədiyi idarənin qarşısında yandırıb

12:30 - 9 Fevral 2022 - HADİSƏ

Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.

Ucnoqta.az xəbər verir ki, hadisə Salyan rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb. Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.

Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir.
Yaralı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı fotonu sosial şəbəkədə Emil Məmmədov paylaşıb.///report

Xəbər xətti