Bakıda internat məktəbindən oğurluq edilib

11:33 - 9 Fevral 2022 - HADİSƏ

Bakıda məktəbdə oğurluq olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Xəbər xətti