Əri ilə mübahisə edən qadın özünü maşından atdı

11:25 - 9 Fevral 2022 - HADİSƏ

Abşeron rayonu Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəminində qadın ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.

Daha sonra qadın özünü avtomobildən yerə atıb.

O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti