Bakıda 11 nəfər dəm qazından zəhərləndi

10:50 - 9 Fevral 2022 - HADİSƏ

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, Yeni Ramana qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənova Qumru İsmayıl qızı və onun azyaşlı övladları - 2010-cu il təvəllüdlü Həsənli Zeynəb Mübariz qızı, 2013-cü il təvəllüdlü Həsənli Gülay Mübariz qızı və 2015-ci il təvəllüdlü Həsənli Yavər Mübariz oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

M.Məlikov küçəsində 2009-cu il təvəllüdlü Hüseynli Aylin Hüseyn qızı, Ramananın “Südçülük sovxozu” adlanan ərazisində 1982-ci il təvəllüdlü Nəcəfova Gülnar Kərəm qızı, Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Allahverdiyeva Aidə Mürşüd qızı və Bakıxanov qəsəbəsində 1999-cu il təvəllüdlü İsmayılova Aygül Zahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Digər zəhərlənmə hadisəsi isə Nizami rayonunda qeydə alınıb.

Məmmədəli Şərifli küçəsində 1991-ci il təvəllüdlü Əmirova Fəridə Müşviq qızı və onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əmirova Almaz Mirtaleh qızı, 2013-cü il təvəllüdlü Əmirova Banu Mirtaleh qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti