Gəncədə ölən azyaşlının ilkin ölüm səbəbi açıqlanıb.
Bu gün şəhərin Yeni Qəsəbə adlanan ərazisində ölən 2012-ci il təvəllüdlü Əli Əlizadənin valideynləri uşağın qıcolmadan öldüyünü deyiblər.
Uşağın anadangəlmə epilepsiya xəstəliyinin olduğu bildirilib.
Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.
10:28
Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.
APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
O, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır.