Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan qadının vəziyyəti açıqlanıb.
Ötən gün "Azadlıq Prospekti" stansiyasında özünü qatar yoluna atan 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızı oradan çıxarılıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Klinik Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu APA-ya bildirib ki, qapalı kəllə-beyin travması ilə dünən gecə saatlarında reanimasiya şöbəsinə yerləşdirilən qadının müalicəsi davam etdirilir.