Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovun qətli ilə bağlı yeni detallar məlum olub.
Qətli törətməkdə ittiham olunan 17 yaşlı şəxsin içkili vəziyyətdə olduğu bildirilir.
Ə.İsmayılovun yaxınları “Pirveli” telekanalına bildiriblər ki, mübahisə zəminində yeniyetmə ona arxadan ürək nahiyəsinə 5 bıçaq yarası yetirib.
Mübahisənin səbəbi hələ məlum deyil. Qonşuları Ə.İsmayılovu sakit təbiətli və zəhmətkeş gənc kimi xarakterizə ediblər.
Yeniyetmənin qətlə yetirilənlə eyni məhəllədə yaşadığı qeyd olunub.
Ə.İsmayılovun meyiti ekspertiza olunandan sonra ailəsinə təhvil verilib.///report