Evində qətlə yetirilən qadının FOTOSU - İki uşaq anası imiş...

09:05 - 8 Fevral 2022 - HADİSƏ

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.


Xəbər xətti