Ucnoqta.az
www.ucnoqta.az

Evində qətlə yetirilən qadının <font color=red><b>FOTOSU - İki uşaq anası imiş...</b></font>

09:05 - 8 Fevral 2022 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.

Müəllif: