Bakı-Sumqayıt yolunda "Lexus" qəza törətdi: tıxac yarandı - FOTO

09:24 - 7 Fevral 2022 - HADİSƏ

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə "Gənclər şəhərciyi" ərazisində qeydə alınıb.  Belə ki, "Lexus"markalı avtomobil idarəetməni itirmə nəticəsində qəza baş verib.

Yolda tıxac yaranıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Polis hadisənin baş vermə səbəbini araşdırır.

Qəza avtomobilin Bakı istiqamətinə hərəkəti zamanı baş verib.


Xəbər xətti