Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə "Gənclər şəhərciyi" ərazisində qeydə alınıb. Belə ki, "Lexus"markalı avtomobil idarəetməni itirmə nəticəsində qəza baş verib.
Yolda tıxac yaranıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Polis hadisənin baş vermə səbəbini araşdırır.
Qəza avtomobilin Bakı istiqamətinə hərəkəti zamanı baş verib.