Bakıda restoranda yanğın olub

09:46 - 6 Fevral 2022 - HADİSƏ

Bakı şəhəri Səbail rayonunda ikimərtəbəli restoranda yanğın baş verib. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti